Azərbaycanın bəzi çaylarında daşqın olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, əksər rayonlarda yağış yağıb, şimşək çaxıb, bəzi yerlərdə intensiv olub. Belə ki, Rvarudda (Lerik) 35 mm, Kişçayda (Şəki) 38 mm, Başdaşağılda (Şəki) 24 mm, Şəkidə 22 mm, Balakəndə 21 mm, Daşkəsəndə 15 mm, Mingəçevirdə 14 mm, Lənkəranda 12 mm, Göygöldə (qoruq) 11 mm, Naftalan, Şəmkirdə 10 mm, Zaqatalada 9 mm, Sarıbaş (Qax), Xınalıq (Quba), Gəncədə 6 mm, Ağstafada 5 mm, Gədəbəy, Astara, Yardımlıda 3 mm, Salyan, Tovuzda 2 mm, Bərdə, Oğuz, Şamaxı, Göytəpədə 1 mm, Göyçay, İmişli, Tərtər, Mərəzə, Ələtdə 0.0-0.7 mm, Naxçıvan MR-da 1-2 mm, Qaradağda 2 mm yağıntı düşüb. Yağan intensiv yağışlar nəticəsində Kişçay, Şinçay, Əyriçay, Başdaşağılçayda sululuq artıb, qısamüddətli daşqın keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB