Türkiyəli millət vəkilləri cəbhə bölgəsinə səfər edib

Türkiyəli millət vəkilləri cəbhə bölgəsinə səfər edib

Xocavənd rayonunun Nərgiztəpə ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə-xatirə kompleksinin önundə "Qondarma \"erməni soyqırımı" yalanları və Azərbaycan həqiqətləri" mövzusunda tədbir keçirilib.

Bu məqsədlə azərbaycanlı və türkiyəli millət vəkilləri cəbhə bölgəsinə səfər edib. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, Xocavənd rayonunda olan qonaqlar şəhidlərin xatirəsinə ucaldılmış abidə-xatirə komplekslərini ziyarət ediblər. Tədbirdə iştirak edən rəsmilər bildirib ki, işğal altında olan torpaqlarımız tezlikə düşmən tapdağı altından azad ediləcək.


Tədbirdə türkiyəli millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə numayəndə heyətinin rəhbəri İsmail Safi, Avrasiya İqtisadi Əməkdaşlıq Dərnəyinin sədri Hikmət Ərən, Milli Məclisin üzvü Qənirə Paşayeva, QHT nümayəndələri, müharibə veteranları və şəhid ailələrinin üzvləri, həmçinin "Şahinlər sülh naminə Qarabağa doğru" devizi altında 100 nəfərdən artıq gənc iştirak edib. Çıxış edənlər XX əsrin əvvəllərində ermənilərin Azərbaycanda və Turkiyədə törətdikləri qətliamlar, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən növbəti soyqırımı, əzəli torpaqlarımız olan Ermənistanda aparılan etnik təmizləmədən söhbət açıblar.

Ermənilərin uydurduğu qondarma \"erməni soyqırımı\"ndan bəhs edən natiqlər bildirib ki, tarix boyu saxtakarlığı və satqınlığı ilə tanınan ermənilərin "qondarma soyqırımı" iddialarına qarşı yalnız birlikdə mübarizə aparılmalıdır.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, erməni saxtakarlarına və onların havadarlarına qarşı mübarizdə Azərbaycan həmişə qardaş Turkiyə ilə birlikdədir.

Sonda tədbir iştirakçıları adından dünya ictimaiyyəti və Beynəlxalq Təşkilatlara ünvanlanmış müraciət qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə