Prezident İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb

Prezident İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Danimarka Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu ünavanlayıb. SİA-nın AzerTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: \"Ülyahəzrət, Danimarka Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Danimarka münasibətlərinin inkişafı, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi və genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Danimarka xalqına sülh və firavanlıq diləyirəm.\"

Bütün xəbərlər Facebook səhifəmizdə