Bakıda Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 8A, mənzil 1 ünvanında İlham Mustafayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehsal edilən şirniyyatların insan orqanizmi üçün təhlükəli olduğu aşkarlanıb. Bu səbəbdən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dövlət xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə İlham Mustafayevə 1,3 min manat maliyyə sanksiyası tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB