Azərbaycan Prezidenti Litvanın keçmiş dövlət başçısı Vitautas Landsbergisi qəbul edib

Azərbaycan Prezidenti Litvanın keçmiş dövlət başçısı Vitautas Landsbergisi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Litva Respublikasının keçmiş dövlət başçısı, Litva Seyminin keçmiş sədri, Avropa Parlamentinin üzvü Vitautas Landsbergisi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə ölkəmizin Avropa Şurasına üzv seçilərkən Vitautas Landsbergisin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi məmnunluqla xatırlanıb. Müstəqillikdən sonrakı ötən dövr ərzində Azərbaycanda bütün sahələrdə böyük dəyişikliklərin baş verdiyi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə