DİN Yevlaxda 22 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi ötən gün Yevlaxda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. SİA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, aprelin 13-də saat 10.55 radələrində Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini Səbuhi Ağayevin idarə etdiyi \"Mercedes\" markalı avtomaşınla Salahlı kənd sakini Teyyub Süleymanovun idarə etdiyi \"KVZ-3270\" markalı avtobus toqquşub, nəticədə avtobus aşıb.
Qəza zamanı xəsarət almış avtobusun sürücüsü T. Süleymanov və 21 sərnişin xəstəxanaya yerləşdirilib. Onlardan 9-u xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərin vəziyyətləri isə qənaətbəxşdir.
Faktla bağlı Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB