Azərbaycan Prezidenti Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb
Azərbaycan prezidenti İlham Əliyev Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.
Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB