Ermənistanda seçkiqabağı rüşvət alan seçicilərin fantaziyası sərhəd tanımır. SİA-nın xəbərinə görə, bunu Ermənistanın "Qraparak" qəzeti yazıb. Qəzetin məlumatına görə: "Seçkiqabağı rüşvət verən şəxslər yaxşı başa düşürlər ki, insanlar seçki otağında olarkən onlara əmr edildiyi kimi yox, vicdanın səsinə qulaq asaraq səs verə bilərlər. Bu səbəbdən onlar rüşvət alanlardan səs verilmiş bülletenin şəklini tələb edir və məhz bundan sonra vəd edilən məbləği verirlər. Lakin hazırda seçicilər də hiyləgər olub. Belə ki, onlar özləri ilə kiçik qara sap götürür, onu bülletendəki "sifariş olunan" namizədin adının qarşısında olan damanın üstünə qoyur, şəkil çəkir və məhz bundan sonra səs verirlər.
Məqalənin müəllifi qeyd edir ki, bu cür texnologiyalar eyni vaxtda bir neçə namizəddən pul almağa imkan verə bilər.
"Yerkir" qəzeti digər məqama toxunub. Məqalə müəllifi bildirib ki, seçkiqabağı kampaniya başlayana yaxın artıq yuxarılarda kadr yerdəyişmələri gündəmə gəlir. Belə ki, yeni hökumətin formalaşdırılmasından sonra Ermənistan Respublika Partiyası və "Çiçəklənən Ermənistan" partiyası səhiyyə və təhsil nazirlərinin simalarını dəyişdirəcəklər. Təhsil naziri Armen Aşotyan vəzifədən getməyə hazır olsa da, səhiyyə naziri Arutyun Kuşkyan vəzifəsindən getmək istəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB