ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Ağdam rayonunun Yusifcanlı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilib.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, monitorinq iştirakçıları Ağcabədi rayon İcra Hakimiyyətinə gələrək burada rayon icra başcısı Şahin Məmmədovla görüşüblər. İcra başçısı ATƏT nümayəndələrinə bildirib ki, son iki ayda Ermənistan ordusu cəbhə xəttində 171 dəfə atəşkəsi pozub. Düşmən ordusunun hərbçilərinin atəşkəsi tez-tez pozması nəticəsində mlli ordunun zabiti xəsarət alıb. Cəbhə kəndlərində mülki vətəndaşların həyat şəraiti çətinləşib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru Piter Ki, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik İlhami Dəyirmançıoğlu keçirib. Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçisi Antal Herdiç, yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Andrey Baraşkin iştirak edib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB