Millət vəkili: “Azərbaycan açıq şəkildə öz səsini ucaltmalı və Minsk qrupuna qarşı iradə nümayiş etdirməlidir”

Millət vəkili: “Azərbaycan açıq şəkildə öz səsini ucaltmalı və Minsk qrupuna qarşı iradə nümayiş etdirməlidir”

\"ATƏT-in Minsk Qrupu ötən illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir iş görməyib\". SİA-nın xəbərinə görə, bunu Ağdamdan olan millət vəkili Bəxtiyar Əliyev deyib. O bildirib ki, artıq Azərbaycan açıq şəkildə öz səsini ucaltmalı və Minsk qrupuna qarşı artıq iradə nümayiş etdirməlidir. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupu soyqırımına, ermənilərin törətdikləri vəhşiliklərə dair lazımi qiymət verməlidir.

"Əks təqdirdə Azərbaycan xalqına öz müqəddaratını və ya müstəqilliyini sərbəst şəkildə həll etmək üçün imkan yaradılmalıdır. Atəşkəs dövründə dinc sakinlər qətlə yetirilir. 9 yaşlı Farizin timsalında uşaqların, dinc sakinlərin qətlə yetirilməsi heç də təsadüfü yox, ermənilərin apardığı etnik təmizləmə, soyqırımı siyasətinin bariz göstəricisidir. Artıq hər şey adı və ünvanı ilə deyilməlidir. Biz qətiyyətlə faşizmə \"yox\" deyirik. Ermənilərin tarix boyu törətdikləri vəhşiliklərə faşistlikdən başqa ad qoymaq mümkün deyil. Tez bir zamanda bunların qarşısı alınmalı və faşistlər öz layiqli qiymətlərini almalıdır. Biz də bu gün öz üzərimizə düşən məsuliyyəti dərk edərək lazımi işlərimizi görməliyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə