Qazaxıstanın baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın baş naziri və xarici işlər naziri Azərbaycana səfər edəcək

Qazaxıstanın baş naziri Kərim Məsimov və xarici işlər naziri Erjan Kazıxanov Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, bunu Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanovun səfəri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə gerçəkləşəcək: "Səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub. Hər iki ölkədə bu tarix avqustun 27-də qeyd olunur".

Səfir hazırda Qazaxıstan baş nazirinin Azərbaycana rəsmi səfərinə hazırlıq işlərinin görüldüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə