Qırğızıstanla Azərbaycan arasında hava əlaqəsi yaradılacaq

Qırğızıstanla Azərbaycan arasında hava əlaqəsi yaradılacaq

Qırğızıstan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin baş naziri Omurbek Babanov Qırğızıstan ilə Azərbaycan arasında birbaşa hava əlaqəsi haqqında saziş layihəsinin təsdiq edilməsi ilə əlaqədar sərəncam imzalayıb. SİA-nın məlumatına görə, baş nazir iki dövlət arasında hava əlaqəsi haqqında sazişin Qırğızıstan hökuməti adından imzalanması üçün ölkənin nəqliyyat və kommunikasiyalar naziri Kalıkbek Sultanova səlahiyyət verib. Hazırda Bakı ilə Bişkek arasında hava əlaqəsini "Bmi" aviaşirkəti London-Bişkek və Bişkek-London reysi ilə Bakıdan keçməklə yerinə yetirir.


Bütün xəbərlər Facebook səhifəmizdə