FHN-ə Dəmiryolu Vağzalına bomba qoyulması barədə məlumat daxil olub

FHN-ə Dəmiryolu Vağzalına bomba qoyulması barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı Dəmir yolu Vağzalına bomba qoyulması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vağzalın ərazisində partlayıcı qurğu olması barədə məlumat daxil olan kimi dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi məqsədilə hadisə yerinə cəlb edilib.


Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə vağzalın ərazisinə (150-200 metr məsafədə perronlara, dəmir yolu xətlərinin üzərinə və saxlama kameralarına) baxış keçiriblər. Nəticədə şübhəli əşya aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə