Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev aprelin 11-də Braziliya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul edib.


SİA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu deyib.

Ölkələr arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan prezident İ. Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin önəmini qeyd edib. Dövlət başçısı ölkələrin beynəlxalq təşkilatlarda da bir-birini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib, səfirə fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində, səfir əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edb. O, ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu deyib, Braziliyada keçiriləcək bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanın da iştirakının əhəmiyyətini vurğulayıb. Diplomat diplomatik fəaliyyəti dövründə Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə