Dövlət Sərhəd Xidmətinin internet saytı istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin internet saytı istifadəyə verilib

Dövlət Sərhəd Xidmətinin (DSX) internet saytı (www.dsx.gov.az) istifadəyə verilib. SİA-nın məlumatına görə, saytda Azərbaycan sərhəd mühafizəsinin tarixi, DSX rəhbərliyi haqqında məlumat, Azərbaycan Sərhəd Mühafizəsinin 1918-ci ilə qədər, Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet hakimiyyəti illəri və müstəqillik dövrünü əhatə edən tarixi yer alıb. Eyni zamanda qurumun beynəlxalq əməkdaşlıq, xəbərlər, elanlar, qanunvericilik, ictimaiyyətlə əlaqə və fotoqalereya bölmələri də diqqət çəkir.

Həmçinin DSX-nin elektron xidmətlər bölməsində DSX Akademiyasına qəbul olunmaq üçün lazımi sənədlərin siyahısı və ərizənin nümunəsi, DSX-ya hərbi xidmətə (işə) qəbul üçün lazımi sənədlərin siyahısı və ərizənin nümunəsi, Elektron Anket, tərcümeyi-halda göstərilməsi zəruri olan məlumatların siyahısı yerləşdirilib.

Şərəf lövhəsi bölməsində isə sərhədçi Milli Qəhrəmanlar, Vətən uğrunda şəhid olanlar, eləcə də döyüş meydanında itkin düşənlər haqqında məlumatlar yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə