YAP Göygöl rayon təşkilatı Qadınlar Şurasının toplantısı keçirilib - FOTO
Bu gün Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Qadınlar Şurasının növbəti toplantısı keçirilib. SİA-nın təşkilatdan aldığı məlumata görə, toplantının işində Qadınlar Şurasının üzvləri, ərazi ilk partiya təşkilatının sədrləri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev Respublikamızın bu günki yüksək inkişafından və cəmiyyətin inkişafında qadınların rolundan söhbət açaraq, qarşıda duran vəzifələrdən bəhs edib, 2013-cü ilin Prezident seçkiləri ili olacağını vurğulayaraq ənənəvi olaraq rayon sakinlərinin, xüsusilə də qadınların mütəşəkkillik nümayiş etdirməklə qələbə qazanacağından əminliklə danışıb.
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Qadınlar Şurasının sədri Nuranə Quliyeva məruzə ilə çıxış edib, görülən işlər geniş təhlil olunub, qadın məsələlərinin həmişə dövlətimizin diqqət mərkəzində olmaqla prioritet təşkil etdiyi və qadınların bütün tədbirlərdə fəal iştirak etdiyi qeyd olunub.
Tədbirin sonunda ilk partiya təşkilatlarında işin səmərəliliyinin artırılması məqsədilə metodik göstərişlər və tövsiyyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB