Ağdam rayon İcra Hakimiyyətinin Mülki Müdafiə rəisi cənab Mənsur Quliyev tərəfindən
ANAMA-ya Ağdam rayon ərazisində mina tapılması barədə müraciət olunub. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, müraciətə əsasən ANAMA mütəxəssisləri tərəfindən Ağdam rayonu İmanqulubəyli ərazisində Xaçın çay bölgəsində 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib.
Qeyd edək ki, 12 aprel 2012-ci il tarixdə ANAMA mütəxəssisləri tərəfindən tapılmış piyada əleyhinə minanın yerində zərərsizləşdirmə əməliyyatı həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB