Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncamla 17 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə-Sərkar-Qarayeri-Qədili avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 2,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etmək tapşırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB