"Xalqın taleyi etibarlı əllərdədir"

"Xalqın taleyi etibarlı əllərdədir"

"Demokratik Cəmiyyətin İnkişafına Yardım" İctimai Birliyinin 8 Aprel 2012-ci il tarixində Müxalifətin keçirdiyi mitinqə etiraz müraciəti


Müxalifətin İctimai Palatasının mitinqi keçirildi. Mitinqə gələmlərin sayı xeyli şişirdilərək 10 min vurğulandı. Üstəlik Əli Kərimli mitinqdə çıxış edərək həqiqətə uyğun olmayan ifadələr işlətdi. "Demokratik Cəmiyyətin İnkişafına Yardım" İctimai Birliyi aksiya keçirilmə metodu və orada səslənən fikirlərlə razılaşmayaraq bəyanatla çıxış edib. SİA adıçəkilən təşkilatınbəyanatını dərc edib.

İctimai Birliyin bəyanatında deyilir ki, təşkilat olaraq biz heç vaxt doğrunu yalan kimi qeyd etməmişik. Əli Kərimli çıxışında yalnız bir cümlə qeyd etdi ki, həmin sözlər həqiqətən də düz fikir idi. Cümlə belə idi: "Bizim xalq haqqı nahaqdan seçməyi bacaran xalqdır". Bəli Əli bəy, çox düz dediniz, bizim xalqımız haqqı nahaqdan 1993-cü ildə seçdi. Ümumilli lider Heydər Əliyevi prezident seçən xalq haqqı seçmiş oldu. Bu tarixən belə olub, indi də belədir. Siz nahaq olaraq öz yerinizi 19 ildir tutmusunuz.

Mitinqdə qeyd edilir ki, 7 illik fasilədən sonra yenidən qarşınızdayıq. Hörmətli müxalifət nümayəndələri, çox uzağa getməyək, qonşu Türkiyəyə, Gürcüstana, iri dövlətlərdən olan Almaniya, Rusiya, lap elə ABŞ-ın özünün müxalifətini misal çəkək. Onlar daima iş başındadırlar və hər zaman xalqını, millətini, vətənini düşünüb hərəkət edirlər. Daha sizin kimi kreslo həvəsi ilə yaşamırlar. Sizin istəyiniz yalnız kreslo davasıdır, başqa heç nə. Özünüz çox yaxşı bilirsiniz niyə 7 ildir ortalıqda yox idiniz, çünki kənardan, qara qüvvələdən, Azərbaycanın inkişafına dözə bilməyənlərdən maliyyə dəstəyiniz kəsilmişdi. Hər bi insan, xarici qüvvələrin dəstəyi ilə yox, öz xalqının dəstəyi ilə istədiyinə nail olar. Necə ki, prezidentimiz İlham Əliyev buna nail oldu. Bizim xalqımız sizin niyyətinizi çox gözəl başa düşür, ona görə də sizi heç vaxt dəstəkləməyəcək. Axı hansınızı dəstəkləsin? Heç birinizdə liderlik qabiliyyəti və sağlam idealogiya yoxdur. 1991-92 ci il tarixi buna sübutdur.

Azərbaycanın şərəfli tarixi var. Hörmətli İsa bəy, biz 1918-ci il Azərbaycan tarixini araşdıranda Müsavat partiyasının gördüyü işlərlə qürur duyuruq. Ancaq indi sizin rəhbərlik etdiyiniz Müsavat partiyasının fəaliyyətinə baxanda çox təəssüflənirik. Ona görə ki, M.Ə.Rəsulzadə idealarını davam etdirə bilmədiniz. Belə bir partiyanı xalq seçə bilməz. Siz xalqa, vətənə yox, xarici qüvvələrə xidmət edirsiniz. Öz şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutan bir şəxsə xalq heç vaxt etimad göstərməz.

Bu günkü Azərbaycan gəncliyi inkişaf etməkdə olan gənclikdir. Gənclərimiz ağı qaradan yaxşı seçir. Allah Təala insana ömrü bir dəfə verir. Çalışın ki, bu ömrü xalq qarşısında başı uca yaşayasınız. Bir dəfə də olsun 31 mart, 20 Yanvar, Xocalı soqırımı ilə bağlı Beynəlxalq təşkilatlarda çıxış etmisinizmi? Soyqırımlar barədə Avropa dövlətlərində hansısa bir təbliğat işini həyata keçirmisinizmi? Biz sizə tövsiyə edirik ki, Avropadan maddi yardım istəyənə kimi tarixi faciələrimizi Avropada təbliğ edəsiniz. Haqq səsimizi dünya ictimaiyyətinə çatdırasınız. Təəssüflər ki, biz bunları görmürük. Bir vaxtlar hakimiyyətdə olub anarxiya yaradan insanların indi demokratiyadan danışmağa nə dərəcədə haqqı var? AXC- Müsavat hakimiyyətinə 1991-92-ci illərdə xalq yaxşı bələd oldu. Sizin başqa təqdimata ehtiyacınız yoxdur. Tarix hər şeyi üzə çıxarandır.

Azərbaycan xalqı öz xoşbəxt, firavan yaşayışını heç vaxt sizə verməyəcək. Çünki xalqımız çox gözəl bilir ki, onların taleyi sağlam və etibarlı əllərdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə