Fəzail Ağamalı: “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu vacibdir”

Fəzail Ağamalı: “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu vacibdir”

"Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacib və zəruri məsələdir. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul edilməsi bu məsələdə ciddi rol oynaya bilər. Sənəd partiyaların fəaliyyətində müsbət təsirini göstərəcək". SİA-nın xəbərinə görə, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, bildirib ki, 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir. Bu baxımdan bu qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir".

Onun sözlərinə görə, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yeniləşdirilməsinin tərəfdarıdır: "Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Fikrimcə, yeni sənədin qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə