Ermənistanda parlament seçkilərində Armavir vilayətinin 21 saylı seçki dairəsindən namizədliyini irəli sürən və döyüldükdən sonra namizədliyini geri götürdüyünü bəyan edən Merujan Mxoyan yenidən döyülüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə bu gün baş verib. Belə ki, məhbus həyatı yaşamış Samson Poqosyan və Respublika Partiyasından olan millət vəkili Naapet Qevorkyanın oğlu Artak Qevorkyan Merujan Mxoyanın evinə gedib onu döyüblər.
M. Mxoyan isə buna qarşılıq öz adamlarını toplayıb və onların (Samson Poqosyan və Artak Qevorkyan) yaşadığı Oktemberyan kəndinə gedib. Tərəflər arasında güclü dava düşüb. Daha sonra güllə səsləri eşidilib. Atışma nəticəsində bir nəfər yaralanıb. İlkin məlumata görə, Samson Poqosyanın qardaşı güllə yarası alıb.
Qeyd edək ki, Samson Poqosyan "Çiçəklənən Ermənistan" partiyasından olan millət vəkili Rustam Qasparyana sui-qəsd təşkil etməkdə ittiham olunub. O, 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin vaxtından əvvəl azad edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB