Bakı-Şamaxı yoluna hərbi sursatı kim atıb?

Bakı-Şamaxı yoluna hərbi sursatı kim atıb?

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun 49-cu kilometrliyində partlamamış hərbi sursat aşkarlanması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin mütəxəssisləri və xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırıblar. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə aşkarlanmış sursata baxış keçirərkən bunun istifadəyə yararlı olan bir ədəd mərmi olduğu müəyyən edilib. Mərmi müvafiq qaydada zərərsizləşdirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə