Qadınları cinsi istismara məruz qoyan dəstə başçısı tutulub

Qadınları cinsi istismara məruz qoyan dəstə başçısı tutulub

Azərbaycan vətəndaşı insan alveri faktına görə saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saxlanılan Sumqayıt şəhər sakini Zeynəb Quliyeva qadınları İran İslam Respublikasına apararaq cinsi istismara məruz qoyması ilə əlaqədar təqsirləndirilir. Bildirilib ki, Z. Quliyeva qadın insan alveri ili məşğul olan mütəşəkkil cinayətkar dəstənin başçısıdır. Onun İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 17-də bir qrup şəxslə cinayət əlaqəsinə girib, gəlir etmək məqsədi ilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İran İslam Respublikasına aparıb cinsi istismara məruz qoymaqla əlaqədar tutulmuş Sovetnaz Quliyevanın qızı olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə