NATO ekspertləri Azərbaycana gəlir

NATO ekspertləri Azərbaycana gəlir

Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) və Planlaşdırma və Analiz Prosesi (PAP) üzrə qiymətləndirmə sənədlərinin hazırlanması üçün məsləhətləşmələr aparmaq məqsədilə NATO ekspertlərindən ibarət qrup cari ilin 9-14 aprel tarixlərində ölkəmizdə səfərdə olacaqlar.

Azərbaycanın NATO yanında nümayəndəliyindən SİA-ya verilən xəbərə görə, bu məsləhətləşmələr qeyd edilən tərəfdaşlıq mexanizmləri çərçivəsində tərəfdaşlıq məqsədləri üzrə və ölkəmizin NATO ilə tərəfdaşlığa cəlb olunmuş aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə