Ermənistanda deputatlığa namizədlər mandatını geri götürmək üçün döyülürlər

Ermənistanda deputatlığa namizədlər mandatını geri götürmək üçün döyülürlər

Ermənistanda deputatlığa namizədlər mandatını geri götürmək üçün döyülürlər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistanda parlament seçkilərində Armavir vilayətinin 21 saylı seçki dairəsindən namizədliyini irəli sürmüş Merujan Mxoyan aprelin 7-də namizədliyini geri götürdüyünü bəyan edib. Bu ilk növbədə normal qarşılansa da erməni mətbuatı hadisənin pərdəarxası məqamlarını üzə çıxarıb. Belə ki, ötən həftə Ermənistanın Armavir vilayətinin Sardarapat kəndindəki qəbiristanlığının yanında baş verən dava nəticəsində iki gənc bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bunların içində namizəd Merujan Mxoyanda olub və kifayət qədər döyülüb. Onu təcili olaraq xəstəxanaya aparıblar. Müxtəlif bədən xəsarətləri alan eks namizəd ambulator müalicədən sonra evə buraxılıb. İnsidentdən sonra Merujan Mxoyan öz namizədliyini geri götürüb. Həmçinin namizədin döyülməsində məqsəd onu iqtidaryönlü namizəd Aleksan Petrosyana mane olması olub. Çünki Merujan Mxoyanla yanaşı, həmin seçki dairəsindən fəaliyyətdə olan deputat Ermənistan Respublika Partiyasının namizədi Aleksan Petrosyan təkrar namizədliyini irəli sürüb.

Digər bir namizəd isə Erməni Milli Konqresindən namizəd Serdak Ovanisyandır. Bircə qalıb AMK-nin namizədi. Mətbuat hesab edir ki, hakim partiyanın namizədi onu regionda olan biznesini iflic etməklə qarşısında çökdürmək istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə