Sabah paytaxtda 27 dərəcə isti olacaq

Sabah paytaxtda 27 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Abşeron yarımadasında temperatur gecə 6-9° isti, gündüz 23-28° isti olacaq. Bakıda isə gecə 7-9° isti, gündüz 25-27° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 750 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-70 faiz olacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə