Mübariz Qurbanlı: \"Aksiya bir daha göstərdi ki, müxalifətin sosial bazası yox dərəcəsindədir” - MÜNASİBƏT

Mübariz Qurbanlı: \"Aksiya bir daha göstərdi ki, müxalifətin sosial bazası yox dərəcəsindədir” - MÜNASİBƏT

"Bu gün keçirilən aksiya bir daha göstərdi ki, müxalifətin sosial bazası yox dərəcəsindədir". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı İctimai Palatanın (İP) keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

"Əvvəlcədən bəlli idi ki, müxalifətin mitinqi kütləvi, əhatəli olmayacaq. Çünki, onlar yalnız gündəmdə qalmaq, cəmiyyətin diqqətini özünə cəlb etmək istəyir. Həmçinin partiya rəhbərləri eyni adamlardır. Məhz bu zəmində müxalifətin baxışlarında yenilik yoxdur və eyni şüarlar, eyni baxışlardır. Bu gün heç kəs bu müxalifətin arxasınca mitinqlərə getmir. Çünki, mitinq keçirilməsi üçün ilk növbədə xalqın dəstəyi olmalıdır. Amma onların arxasında bu gün xalq yoxdur".

Millət vəkili bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyənlərin arzusu hər zaman ürəyində qalacaq: "Bu məqsədlə müəyyən addımlar atan qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Həmçinin belə cəhdlərin də heç bir mənası yoxdur. Çünki ölkə vətəndaşları Prezidentimizin ətrafında sıx birləşib və həyata keçirilən siyasəti dəstəkləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə