Müsavat partiyasının növbəti sessiyası keçirilib

Müsavat partiyasının növbəti sessiyası keçirilib

Bu gün Müsavat partiyasının mənzil qərargahında İctimai palatanın növbəti sessiyası keçirilib. SİA-nın xəbərinə görə, iclasda aprelin 8-də Bakıda keçirilməsi planlaşdırılan mitinqə hazırlıq, cari məsələlər və s. müzakirə olunub. İclasda Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı çıxış edərək qonaqlara müxalifətin sabahkı mitinqi haqqında ətraflı məlumat verib. Pənah Hüseyn isə çıxışında bildirib ki, ötən bir ay müddətində qəbul edilən sənədlərə uyğun olaraq mitinq komitəsi yaradılıb: "Aprelin 8-də keçiriləcək mitinqdə əsas şüarımız əmanətlərin birə-bir qaytarılması olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə