İrəvan məhkəməsi Azərbaycanın xeyrinə casusluq edən 3 Ermənistan vətəndaşını vətənə xəyanətdə ittiham edərək onları ümumilikdə 37 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Erməni xəbər saytları məlumat verir ki, Maqrebyan, Matevosyan və Çtrkyan soyadlı ermənilərin Türkiyədə olduqları zaman Azərbaycanın xüsusi xidmət orqanlarının təsir dairəsinə düşdükləri müəyyənləşib. Bizimkilərin onları müxtəlif mükafatlar müqabiləndə öz tərəflərinə çəkdikləri deyilir. Tovlanmış ermənilər isə bunun müqabilində Ermənistan silahlı qüvvələrinin, eləcə də Dağlıq Qarabağdakı qonuşların tərkibi barədə bilgi əldə edərək Azərbaycan tərəfinə ötürüblər.
Qeyd edək ki, Ermənistan məhkəməsinin qərarında vətən xayinləri sayılan ermənilərin əmlaklarının müsadirəsi də nəzərdə tutulub.
Onu deyək ki, ölkədə son illər bu ittihamlarla həbsxanaya atılan vətəndaşların sayının çoxalmasından ciddi narazılıqların da yarandığı bildirilir. Erməni hüquq-müdafiə təşkilatları belə faktların artmasını dövlətin daxildə apardığı yarıtmaz siyasətin nəticəsi kimi dəyərləndirirlər. Onların fikrincə, naçar ermənilər yaşamaq üçün nicat yolunu Azərbaycana casusluqda görürlər. Digər qisim isə hesab edir ki, Ermənistan hakimiyyəti ölkədə reprepsiyalar gerçəkləşdirmək üçün bu məsələdən bəhanə kimi istifadə etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB