Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Ekologiya və Təbii Sərvətləri Nazirliyindən SİA-ya verilən məlumat görə, aprelin 7-də gündüz arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarına gəlincə, aprelin 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB