Sabah bəzi rayonların qazı məhdudlaşdırılacaq

Sabah bəzi rayonların qazı məhdudlaşdırılacaq

Sabah Qəbələ, Ağdaş və Göyçay rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar 7 aprel tarixində gün ərzində "Qazıməmməd-Qazax" (I xətt) magistral qaz kəmərində təbii qaz nəqli dayandırılacaq. Təmir işləri zamanı Qəbələ rayonunun kənd və qəsəbələrində, Göyçay şəhərinin bir hissəsində, rayonun Qarabaqqal, Hacılıkənd, Çayarxı, Qızılağac kəndlərində, Ağdaş şəhərində (qismən) və rayonun Şəmsabad istiqamətində yerləşən 18 kəndində təbii qazın verilişində fasilələr yaranacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə