Prezidenti İlham Əliyevin Çexiya Respublikasına dövlət səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 6-da Çexiya Respublikasına dövlət səfəri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Dövlətimizin başçısı həmin gün Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB