Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin I vitse-spikeri Ziyafət Əsgərov televiziyaları ittiham edib. SİA-nın xəbərinə görə, o bildirib ki, onlar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar. "Bəzən qanunlarımızın dili ağır olur, onları heç də hamı başa düşə bilmir. Televiziya jurnalistləri bu məsələyə fikir versələr, yaxşı olar. Televiziya kanalları Milli Məclisin iclasının yalnız birinci hissəsini çəkməyə gəlirlər. Gəlirlər görsünlər ki, kim-kiminlə dalaşacaq. Onları qalmaqallar maraqlandırır. Efirləri gic-gic verilişlərlə doldururlar", - deyə Z.Əsgərov qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB