Milli Məclisin deputatları bir sıra təkliflər verdi

Milli Məclisin deputatları bir sıra təkliflər verdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputatlar bir sıra təkliflərlə çıxış ediblər. SİA-nın xəbərinə görə, millət vəkili Zahid Oruc Dağlıq Qarabağla bağlı qanunun qəbul olunması ilə bağlı təklif verib. Bu təklifi cavablandıran spiker Oqtay Əsədov "Qanunu hazırlayın, baxarıq", - deyə cavablandırıb.

Deputat Qənirə Paşayeva İraqda Azərbaycan səfirliyinin açılmasının vacibliyini qeyd edib. Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev isə Rusiyanın Minsk qrupunun həmsədri kimi fəaliyyətini tənqid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə