Hesablama Palatası Milli Məclis qarşısında hesabat verir

Hesablama Palatası Milli Məclis qarşısında hesabat verir

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 8 məsələ daxildir. Gündəlikdə olan əsas məsələlərdən biri isə Hesablama Palatasının hesabatı ilə bağlıdır.

Hesablama Palatasının sədri Heydər Əsədov Milli Məclisin üzvləri qarşısında çıxış edərək 2011-ci ilin hesabatını verəcək. H.Əsədov Hesablama Palatasının 2011-ci ilin iş planına uyğun olaraq ayrı-ayrı dövlət qurumlarında apardığı audit yoxlamalar və onların nəticələri barədə danışacaq. Deputatlar Hesablama Palatasının 2011-ci ilə dair hesabatını dinlədikdən sonra onu müzakirə edib qiymət verəcəklər.

İclasda bundan əlavə, Milli Məclisin sabahki iclasında İsa Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi, Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycan səfirliyinin təsis olunması, Serbiya Respubikasında avtomobil magistralının tikintisi ilə bağlı kredit sazişi, "Yol hərəkəti haqqında" qanunvericiliyə dəyişiklik edilməsi, Mülkü Məcəlləyə dəyişiklər edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişilik edilməsi və "Mədəniyyət haqqında" Qanun layihəsi ilə bağlı məsələlərə də baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə