Ermənistan Silahlı Qüvvələri yenə atəşkəs rejimini pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 4-də saat 16:45-dən 17:00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərimizi, saat 08:30-dan 08:50-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22:20-dən 22:30-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB