Ölkə ərazisində 23 dərəcə isti olacaq

Ölkə ərazisində 23 dərəcə isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8 dərəcə isti, gündüz 15-18 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Hava şəraitinin qısa icmalı: Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.Əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi gözlənilir.


Bütün xəbərlər Facebook səhifəmizdə