Azərbaycan Prezidenti Praqanın “Stara Ruzine” Hava Limanında qarşılanıb

Azərbaycan Prezidenti Praqanın “Stara Ruzine” Hava Limanında qarşılanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasına dövlət səfərinə gedib. SİA-nın azertag.com saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın və Çexiyanın dövlət bayraqlarının dalğalandığı Praqanın "Stara Ruzine" Hökumət Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çexiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə