Ermənistanın "Sosiometr" sosiologi mərkəzinin rəhbəri Aqaron Adibekyan ABŞ-ın Yerevandakı səfiri Con Xefferin qarşıdakı seçkilər barədə dediyi tənqidi fikirlərinə görə ermənilərdən üzr istəməsini istəyir. Erməni saytlarına istinadən xəbər verilir ki, bir neçə gün öncə səfir ABŞ Milli Demokratiya İnstitunun sorğusuna əsasən bildirmişdi ki, bu ölkə vətəndaşlarının yalnız 12 faizi Ermənistanda normal parlament seçkilərinin keçirilməsinə inanır. Cənab Xefferin ermənilərin bu cür münasibətlə seçkilərdə necə iştirak edə biləcəklərinə təəccübünü də ifadə etmişdi.
Bu sözləri özlərinə təhqir bilən Adibekyan bunu səfirin onları aşağılaması kimi qəbul edir.
Ümumiyyətlə, "Sosiometr" SM Ermənistanda fəaliyyət göstərən bütün sosioloqların fəaliyyətindən narazıdır: "Mən özümü erməni xalqının adından təhqir olunmuş hesab edirəm. Xaricdən öz metodlarıyla bura gələn insanlar sanki hansısa Afrika ölkəsinə gəlirlər", deyə təşkilatın rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB