Əli Həsənov: \"Sergey Lavrovun regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır\"
Rusiya xarici işlər nazirinin regiona səfəri mühüm siyasi və diplomatik yük daşıyır. SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, qeyd edib ki, Avrasiyada, Cənubi Qafqazda, Xəzər və Qara dəniz hövzələrindəki hazırkı vəziyyət fonunda Sergey Lavrovun Azərbaycana səfəri aktualdır: \"Lavrov Azərbaycanla, eləcə də Ermənistan rəhbərliyi ilə qarşıdakı müddətdə Rusiyanın bölgədəki siyasətini, o cümlədən Azərbaycanı daha çox maraqlandıran, narahat edən Qarabağ probleminin həlli ilə bağlı həmsədr, həmçinin regionun böyük nüfuzlu ölkəsi kimi mövqeyini, siyasətinin prioritetlərini bir daha hər iki ölkənin rəhbərliyinə çatdırdı\".
PA-nın rəsmisi həmçinin bildirib ki, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin fərqli aspektləri son zamanlar aktiv şəkildə müzakirə olunur. \"Düşünürük ki, Rusiyadakı yeni rəhbərliklə, Vladimir Putinin formalaşdıracağı yeni komanda ilə Azərbaycanla mövcud olan əlaqələr bir az da genişlənəcək, yüksələn xətlə inkişaf edəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB