Bu gün beynəlxalq mina təhlükəsizliyi günüdür

Bu gün beynəlxalq mina təhlükəsizliyi günüdür

Bu gün beynəlxalq mina təhlükəsizliyi barədə maarifləndirmə və minalardan təmizləmə fəaliyyətinə yardım günüdür. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu məqsədlə ANAMA-nın əməkdaşları cəbhəyanı yaşayış məntəqələrində yerləşən məktəblərdə marifləndirmə işi aparıblar.

Dünyada hər il minlərlə insan mina və partlamamış hərbi sursatın partlaması nəticəsində ya dünyasını dəyişir ya da sağlamlığını itirir. Azərbaycan xalqı da istəmədən belə bu bəlanın içinə düşüb. Ermənilərin basdırdığı minalar nəticəsində dünyalarını dəyişirlər, ömürlük şikəst olurlar. Bu kimi bədbəxt hadisələrin qarşısının alınması üçün dünyada olduğu kimi ölkəmizdə də maarifləndirmə və ərazilərin minalardan təmizlənməsi işi aparılır.

Qeyd edək ki, ANAMA-nın əməkdaşları xüsusilə cəbhəyanı yaşayış məntəqələrində olur, uşaqlara qarşılaşdıqları naməlum əşyalara toxunmamaları haqqında bilgilər verirlər.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə