\"Araz\" radiosu bir yaşını qeyd etdi - REPORTAJ

\"Araz\" radiosu bir yaşını qeyd etdi - REPORTAJ

Danışır "Araz" radiosu! Uzun fasilədən sonra nəhayət ki, yenidən bu şüar radio məkanında səsləndi. Bir il əvvəl aprelin 4-də "Araz" FM radiosu 103.3 tezliyində yenidən efirə çıxdı. Az bir zaman çərçivəsində radio yeni rublikalar, maraqlı informasiyaları ilə dinləyicilərinin qəlbinə yol tapa bildi. Bu gün radionun ad günü olmasına rəğmən hər kəs iş başında ciddi səylə çalışırdı. Kimisi informasiya əldə etmək üçün müxtəlif tədbirlərə və ya araşdırma material dalınca getmişdi, kimisi də böyük həyəcanla efirə hazırlaşırdı. Axı, bu gün onların 1 yaşı tamam olurdu. Məhz hər kəsin də diqqətinin bu gün \"Araz\"ın üzərində cəmləşməsi onların məsuliyyət hissini birə beş artırırdı. Radionun baş redaktoru Vüsalə Kərimova deyir ki, ötən bir il ərzində \"Araz\" radiosu kifayət qədər dinləyici toplaya bilib. Bayağılıqdan uzaq, maraqlı, zövq oxşayan musqilərlə, siyasi tok-şoularla, maarifləndirici verilişlərlə dinləyicilərin qarşısına çıxmaq böyük məsuliyyət tələb edir. "Məqsədimiz budur ki, dinləyicilərə zövqlü musiqilər, dəqiq informaiyalar təqdim edək. Qeyd edim ki, keçdiyimiz bu qısa yolda artıq ilk mükafatımızı da almışıq . Bu günlərdə radiomuz uğur mükafatına layiq görülüb. Bu isə o deməkdir ki, artıq bizi dinləyənlər var və fəaliyyətimizi qiymətləndirirlər".

\"\"

Radioda xəbər buraxılışının xüsusi rolu olduğundan danışan Vüsalə Kərimova deyir ki, hər gün səhər 10-dan hər saatın tamamında 5 dəqiqlik xəbər bloku efirə çıxır ki, burada da əsasən günün prioritet xəbərlərindən söhbət açılır. Xəbərlərdə isə peşəkar jurnalistlərlə yanaşı yeni fəaliyyətə başlayan gənclər də çalışır. Onlar peşəkarlardan xüsusi dərs alırlar. Yeni \"Araz\"ın məhz dinləyicilər tərəfindən köhnə \"Araz\" qədər sevilməsinə isə baş redaktor xüsusi ümüd bəsləyir. "Əgər \"Araz\" deyiləndə bu \"Araz\"la o \"Araz\"ın adı xatırlanırsa bu artıq uğurdur. Biz təzə \"Araz\"ıq, köhnə \"Araz\"ın yolunu davam etdiririk.

Redaksiya otaqlarını gəzdikcə və studiyada çalışan işçilərlə tanış olduqca hamının üzərində xüsusi məsuliyyət hissini görmək olur. Həmkarımız Vüqar Əliyev deyir ki, 13 ildir telejurnalist kimi çalışmasına baxmayaraq artıq özünü radiojurnalist kimi görür. əvvəllər buna öyrəşmək çətin idisə, indi artıq bu sahədə də sözünü deyə bilir.

\"\"

Hər gün müxtəlif saatlarda dinləyicilərini salamlayan xəbərlər buraxılışının aparıcısı olan Qumru Mustafayeva isə efir zamanı başına gələn maraqlı hadisələrdən danışdı: \"İlk əvvəllər efirin həyəcanına öyrəşə bilmirdim. Tez-tez çaşmalar olurdu. Bəzən efir zamanı yeni məlumat gələndə və ya musiqi kəsiləndə vəziyyətdən çıxmaqda çox çətinlik çəkirdim. Amma indi artıq öyrəşmişəm. İndi daha qorxmadan efirə çıxıram".

\"\"

Təbii ki, efiri rejissorsuz təsəvvür etmək mümkün deyil. Radionun yarandığı gündən onunla əməkdaşlıq edən Vüqar Vəliyev deyir ki, artıq bir ildə böyük təcrübə əldə edə bilib. Əgər bir zamanlar canlı efirdə müxtəlif xırda səhvlərə yol verirdisə, peşəkarlığı artdıqca bu cür vəziyyətlərdən ustalıqla çıxa bilir: \"Radioda ilk iş yerim \"Araz\" olub. Burada işləmək tam fərqlidir. Burada maraqlı, zövqlü musiqilər veririk efirə. Kollektiv və müdriyyət səmimi, mehriban və olduqca peşəkardılar. İlk başlayanda təbii ki, bir qədər iş mənə çətin gəlirdi, amma indi artıq tam hazır vəziyyətdə efirə çıxırıq".

\"\"

Hər səhər dinləyicilərini \"Üçü birində\" səhər şousu ilə salamlayan Sona və Elgün də iş başında idi. Təbii ki, elə efirdə etdikləri maraqlı və zarafatcıl söhbətləri ilə bahəm. Söhbət zamanı dil boğaza qoymayan aparıcılar deyirlər ki, elə onlar bəzən efir zamanı da mübahisələr edirlər. Bu daha çox mahnı seçimində olur. Çünki zövqləri müxtəlif olduqlarından onlar da tam fərqli musiqiləri dinləyirlər. Lakin bütün bunlara baxmayaraq onlar uğurla hər səhər dinləyicilərə pozitiv enerji verməyi bacarırlar.

\"\"

Saatlar 12:10–nu göstərəndə \"Araz\"ın efirində \"Bəxt üzüyü\" şousu öz yerini aldı. Aparıcılar Surxay və Kamələnin təqdimatında. Həmkarlarmızın bu günki qonağı müğənni Elnarə də artıq studiyada dinləyicilərin qarşısında idi. Verlişə mane olmamaq üçün reklam fasiləsini gözləməli olduq. Elə ki, fasilə yarandı biz də şən və zarafatcıl, bir qədər də ciddi olan dostlarımızın yanına keçdik. İlk söz alan Surxay Əsgərov deyir ki, \"Bəxt üzüyü\"ndə hər gün müxtəlif mövzular ətrafında müzakirələr aparılır. Onun üçün dinləyici rəyi eşitmək hər an zövq verir. Çünki peşəsini çox sevir. Bu gün ad günləri olduğundan mövzunu da məhz bu günə həsr ediblər. Söhbətimizin bu əsnasında müğənni Elnarə də bizə qoşuldu. Onun da bu gün deyəcəkləri var idi: \"Araz\"ın bütün kollektivini təbrik edirəm. Hər kəs burada mənim dostumdur. Ona görə də bu gün burdayam.Yeni mahnımı da ilk olaraq bura gətirmişəm. Hamını təbrik edirəm. Qoy hər zaman bu radio dinləyicilərinin yaddaşlarında qalsın. Ad gününüz mübarək".

\"\"

Hər bir media qrumunun onurğa sutunu reklamlar olduğundan mühasibatlığa da baş çəkdik. Radionun mühasibi Turanə ad günlərində özlərinə maraqlı bir arzu dilədi: "Arzu edirəm ki, bol reklamımız olsun və bundan sonra reytinqlərdə daim zirvələrdə qalaq".

\"\"

Arzularınıza şərikik, hər zaman eşidilin, reklama ehtiyacınız olmadan ucalarda qalın. Ad gününüz mübarək.

\"\"

\"\"

\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə