Avronest Parlament Assambleyasının Bakı sessiyası öz işini uğurla başa vurdu. Bu, öncə ölkəmizin Avropa Birliyi təcrübəsinin tətbiq olunması, qanunların uyğunlaşdırılması, ölkə haqqında düzgün məlumatın çatdırılması baxımından önəmlidir. Həmçinin Azərbaycanla Avropa arasında siyasi məsələlər, insan haqları, demokratiya, iqtisadi əlaqələr, qanunların Avropa Birliyinin siyasətinə uyğunlaşdırılması, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığa təkan verəcək. Həmçinin Avronest (EURONEST) PA Azərbaycanın haqlı mövqeyini bir daha nümayiş etdirmək üçün yaxşı bir platforma ola bilər. Eyni zamanda plenar sessiyanın keçirildiyi ilk Şərq Tərəfdaşlığı ölkəsinin Azərbaycan olmasını böyük siyasi uğur kimi səciyyələndirmək lazımdır.
Ölkəmizin bu quruma verdiyi önəm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimindəki çıxış etməsi oldu. Dövlət başçımız istənilən tribunadan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edir və bu Dağlıq Qarabağ probleminin bizim xarici siyasətimizin əsas xətti olduğunu dəfələrlə bəyan edib. Avronestin Azərbaycanda keçirilən ikinci sessiyasında da prezident İlham Əliyev Ermənistanın işğalçı mövqeyindən və siyasətindən söz açdı. Bununla yanaşı, ölkə rəhbəri Ermənistanın yeritdiyi aqressiv siyasətin bütövlükdə bölgədə sülh rejiminə təhdid olduğunu da vurğuladı. Çıxış zamanı bildirildi ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verilməsi qəbulolunandır. Bundan kənarda isə münaqişənin həlli üsulu ola bilməz. Bütün bunlarla yanaşı dövlət başçısı tarixi həqiqətin və beynəlxalq hüququn da Azərbaycanın tərəfində olduğunu vurğulayıb.
Ölkə prezidentinin çıxışı Ermənistandan gələn deputatların heç ürəyincə olmayıb. Bu isə anlaşılandır. Çünki həqiqəti eşitmək istəməmək onların ən real xarakteridir. Həmin deputatlar guya 2 rayonun işğal altında olması faktını təsdiqləyirlər. Halbuki onların prezidentləri Sarkisyan dəfələrlə Dağlıq Qarabağ ətrafındakı rayonların işğal altında olduğunu bəyan edib. Ümumiyyətlə erməni deputatların çıxışlarına nəzər salsaq görərik ki, onlar bəyanatları ilə sanki ölkələrinə qayıtdıqda milli qəhrəman adı almağa can atırlar. Yəni İrəvanda və ya başqa dövlətlərdə belə bəyanatlar vermək asandır lakin düşmən ğlkənin paytaxtında, hətta onun milli məclisində bu cür çıxışlar etməklə qəhrəmanlıq etdiklərini göstərməyə çalışırlar. Yəni onlar sadəcə siyasi divident gətirmək üçün bu cür bəyanatlar səsləndirirlər. Bir çox hallarda isə onlar Sarkisyanı ötüb kçən bəyanatlar verirlər. Bir növ davranışları ilə "Papadan çox katolik olmaq istəyirlər", yəni onlar özlərini ermənipərəstliyin son həddində göstərirlər. Həmçinin sessiya zamanı Ermənistan nümayəndə heyətinin narahatlığı başadüşüləndir. Amma Azərbaycan öz mövqeyində reallıqları, beynəlxalq hüququ və beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri əks etdirir.
Erməni deputatları çıxışları zamanı Azərbaycan Prezidentinin onları faşist adlandırdığını və bunun üçün avropa məhkməsinə şikayət məktubu ünvanladıqlarını bildiriblər. Bu gün Ermənistan dövləti, başçıları, terrorçu qrupları elə vandalizmə qulluq edən hərəkətlərə imza atırlar ki, XX-ci əsrin i nömrəli faşisti Hitler belə addımlar atmayıb. Ona görə də əslində bu çox düzgün müqayisədir. Almanların Holokosda etdikləri bəşəri cinayət ermənilərin Xocalıda törətdikləri soyqırımına bərabərdir. Yəni bir faşistlə erməni arasındakı heç bir fərq yoxdur. Hətta müqayisədə ermənilər faşistlərdən dəfələrlə artıqdırlar.
Həmçinin Avronest Parlament Assambleyasının Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında Dağlıq Qarabağla bağlı məsələ də əks olunacaq. Burada Dağlıq Qarabağla yanaşı Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Bununla Parlament Assambleyası çalışır ki, münaqişə tərəfləri arasında etibar, inam yaratsın. Bu isə anlaşılandı. Çünki, 20 ildir ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə məşğul olur. Ortada isə heç nə yoxdur. Bütün hallarda münaqişənin həlli ilə bağlı qərar qəbul etmək səlahiyyəti olmasa da Avronestin Bakıda keçirilən iclası zamanı qurumun münaqişələrlə bağlı tövsiyyələrinin hazırlanması üzrə ümumi razılığa gəlinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB