Avronest PA-nın Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında Dağlıq Qarabağ məsələsi əks olunacaq
Avronest Parlament Assambleyasının Siyasi məsələlər üzrə komitəsinin növbəti hesabatında Dağlıq Qrabağla bağlı məsələ əks olunacaq. SİA-nın verdiyi xəbərə görə, bunu Avronest Parlament Assambleyasının Bakıda keçirilən növbəti II sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədri Kristian Vigenin bildirib.
"Burada Dağlıq Qarabağla yanaşı Moldova və Gürcüstanda olan münaqişələr də əks olunacaq. Parlament Assambleyası olaraq biz çalışırıq ki, tərəflər arasında etibar, inam yaradaq. 20 ildir ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ məsələsi ilə məşğul olur və inanıram ki, bu proses daha 20 il davam etməyəcək. Ermənistan və Azərbaycan da Minsk Qrupuna yardım etməlidir ki, bu məsələ öz həllini tapsın", - deyə həmsədr qeyd edib.
Avronestin münaqişənin həlli ilə bağlı qərar qəbul etmək səlahiyyətinin olmadığını bildirən K. Vigenin eyni zamanda qeyd edib ki, gələcəkdə qurumun hər hansı hesabatlarında bu münaqişə ilə bağlı məsələnin əks olunacağı istisna edilmir.
K.Vigenin qeyd edib ki, Avronestin Bakıda keçirilən iclası zamanı qurumun münaqişələrlə bağlı tövsiyyələrinin hazırlanması üzrə ümumi razılığa gəlinib. "Biz bu tövsiyyələrin yerinə yetirilməsi ilə bağlı qiymətləndirmə formasını da hazırlayacağıq və bundan sonra hər bir parlamentin Avronestin qərarlarını nə dərəcədə əməl etdiyi qiymətləndiriləcək",- deyə o əlavə edib.
İclasda iştirak edən digər həmsədr Boris Tarasuk Avronest adından deyil, Ukrayna dövlətinin mövqeyini qeyd edərək bildirib: "Ukrayna hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu münaqişənin tezliklə sülh yolu ilə həll olunmasının tərəfdarıdır".
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB