Elxan Süleymanov: “Ermənilərdən fərqli olaraq Avronestin fəaliyyətini təhlükəyə atmadıq”
"Avronest tərəfdaşlığının inkişaf etdirilməsində çətinliklərin meydana çıxa bilməsinə baxmayaraq bu təşəbbüsün əsaslandığı başlıca dəyər və prinsiplərə sadiq qalmağın vacibliyi qeyd edilməlidir. Belə ki, bizim üçün söz və ifadə azadlığı birinci dərəcəlidir". SİA-nın xəbərinə görə, bunu Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib. Onun sözlərinə görə, sessiyanın ölkəmizdə keçirilməsi hər iki tərəf arasındakı dostluq və bərabərliyin göstəricisidir: "Belə dəyərli qonaqları paytaxtımızda qəbul etmək bizim üçün nümayəndə heyətlərinə Azərbaycanın birçox cəhətləri, o cümlədən işğal edilmiş ərazilərimiz haqqında məlumat vermək, çatdırmaq və təqdim etmək imkanı deməkdir. Qeyd etmək vacibdir ki, biz heç bir halda Assambleyamızın kompromisləri, məruzələri və qərarları ilə bağlı işlərimizdə həssas və problemli vəziyyətimiz haqqında heç bir qeyd etməmişik və düşünürük ki, Avronestin yaxşı fəaliyyət göstərməsi istiqamətindəki səylərimiz müəyyən diqqətə layiqdir".
O, qeyd edib ki, rəsmi Bakı bütün qonaqların təhlükəsizliyi və rifahının qeydinə qalıb. Belə ki, Ermənistan nümayəndə heyətinin əmin-amanlığına xüsusi diqqət yetirilib: "Biz özümüz, Avronest komitələrindən birinin bu yaz Ermənistanda keçirilmiş iclası zamanı ev sahibləri bizi əsas etibarilə beynəlxalq hüquq və bir sıra BMT qətnamələrinə tamamilə zidd olan çıxışlar, xəritələr və şəkillərlə əhatə edərkən, Avronestin fəaliyyətini təhlükəyə atmadıq. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistanın bir hissəsi kimi təqdim edildiyi xəritənin olduğu otaqlarda keçirilmiş iclaslar zamanı biz əməkdaşlıq etmək və irəliləmək üçün bir yol tapmağı birinci dərəcəli hesab etdik. Bu səbəbdən biz təəccüblənirik və təəssüf edirik ki, erməni həmkarlarımız bizim səylərimizə aprelin 3-də anti-Azərbaycan təbliğatı aparmaqla cavab verdilər. Biz problemlərimizi qonaqlarımıza ifadə etmək və sərbəst çıxış hüquqlarımıza edilən bu hücuma təəccüblənirik və təəssüf edirik ki, bütün səylərimizə baxmayaraq, bu doğurucu mübahisə Bakıdakı iclasa xələl gətirdi".
Millət vəkili bildirib ki, Azərbaycan dinc və hamı ilə əməkdaşlığa açıq ölkədir: "Avronestdəki bütün tərəfdaşlar və dostlar üçün olduğu kimi, bizim beynəlxalq hüquq vəAvropa dəyərlərinə riayət etmək hüququmuz qorunmalıdır"-deyə,o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB