Rövnəq Abdullayev: “Hansı tikintinin nə vaxt və hansı saatda tikildiyini bilirik”
Neftlə çirklənmiş ərazilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz əməliyyatlarına mane olan bütün qanunsuz tikililər söküləcək. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda ARDNŞ-in balansında olan bir sıra ərazilərdə neft quyularına yaxınlaşmaq, onları idarə etmək və hasilata nəzarət etmək mümkün deyil: "Bu vəziyyətdə bizim əsas işimiz köhnə tikililərin sökülməsindən çox yeni tikililərə imkan verməməkdir. Bu ərazilərdəki bəzi sakinlər qanunsuz tikililəri hətta gecələr tikir və tikinti başa çatandan sonra bu evlərdə artıq neçə illərdir yaşadıqlarını iddia edirlər. Amma bizi bu məsələdə aldatmaq mümkün deyil. Çünki əlimizdə bu ərazilərin kosmosdan peyk vasitəsilə fasiləsiz çəkilən şəkilləri var. Hansı tikintinin nə vaxt və hansı saatda tikildiyini bilirik",-deyə şirkət rəhbəri bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB