Prezident “Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Lerik rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 73 yaşayış məntəqəsini birləşdirən Lerik-Qoşmalian-Kəlvəz avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lerik Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB