Sergey Lavrov: “Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması heç kəsin marağında deyil\"

Sergey Lavrov: “Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması heç kəsin marağında deyil\"

"Rusiya iki qonşu dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmasında və bu yaranın tezliklə qaysaq bağlamasında maraqlıdır". SİA-nın xəbərinə görə, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiya münaqişənin nizamlanmasında vasitəçilik missiyasını davam etdirir: "Azərbaycan və Rusiya bir çox problemlərin həllini tapmağa çalışır və təkcə ikitərəfli formatda deyil, eləcə də beynəlxalq arenada mövqelərinin yaxınlığını dəfələrlə sübut ediblər. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır və bu məsələdə regionda yaşayan insanların maraqlarından çıxış edir. Moskva Bakının razılığı ilə bundan sonra da danışıqlarda kömək etməyə hazırdır. Eyni zamanda Rusiya Azərbaycanla tərəfdaşlığın inkişafını davam etdirməyə hazırdır. Ötən illər ərzində biz qarşılıqlı maraq doğuran dialoqu inkişaf etdirmək qabiliyyətinə malik olduğumuzu və mürəkkəb problemlərin, o cümlədən dövlət sərhədi probleminin həllinə tapa bildiyimizi sübuta yetirdik. İnsanlar arasında ənənəvi humanitar və mədəni əlaqələr dialoqu inkişaf etdirmək üçün yaxşı bazadır.

Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması heç kəsin marağında olmadığını deyən Sergey Lavrov qeyd edib ki, Rusiya Minsk qrupu çərçivəsində münaqişənin həlli üçün öz dəstəyini göstərməkdə bundan sonra da davam edəcək. BMT Təhlükəsizlik Şurasının (TŞ) Azərbaycana dair qətnaməsinin yerinə yetirilməməsi məsələsinə toxunan S.Lavrov deyib ki, qətnamələrə uyğun olaraq tərəflər arasında atəşkəsə nail olunub.

Xəzər dənizi akvatoriyasının istifadəsi ilə bağlı məsələlər bütün 5 Xəzəryanı ölkənin iştirakı ilə həll olunmalı olduğunu diqqətə çatdıran . Sergey Lavrov bildirib ki, Xəzərin hüquqi statusu üzrə Konvensiyanın hazırlanması üzərində işin sürətləndirilməsi bu baxımdan xüsusi aktuallıq kəsb edir: "Xarici oyunçular, xüsusən Avropa Birliyi 5 Xəzəryanı ölkənin qərarına hörmətlə yanaşacaq".

Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirlərinin təkbətək görüşü keçirilib. Görüşün yekununda iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyi münasibətilə birgə bəyanat qəbul olunub. Görüşdə Dağlıq Qarabağ, Xəzər dənizinin hüquqi statusu və əbələ RLS-in icarə müqaviləsinin uzadılması ilə bağlı danışıqların sürətləndirilməsi məsələsini müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə