Ermənistan deputatlarının iclası pozmaq cəhdlərinə azərbaycanlı deputatların tutarlı cavabı
Bu gün Bakıda keçirilən Avronest Parlament Assambleyasının II sessiyası çərçivəsində plenar iclas zamanı Ermənistan nümayəndə heyətinin deputatları iclası pozmaq istəyiblər. SİA-nın xəbərinə görə, onlar ölkələrinin işğalçı mövqeyinə qarşı edilən tənqidlərə dözmədiklərini bildirərək etiraz çıxışları etməyə başlayıblar. Ermənistan nümayəndə heyətinin üzvləri özlərinin faşist adlandırılmasından narahat olduqlarını bildiriblər və buna qarşı mövqelərini bildiriblər. İclas zamanı erməni millət vəkilləri bununla bağlı narazıçıq edərək, bu bəyanatın sessiyanın gündəliyinə qəbul olunmasını tələb ediblər.
Lakin bu Ermənistan deputatlarının iclası pozmaq cəhdlərinin qarşısı alınıb. Onların çıxışlarına qarşı Azərbaycan nümayəndə heyəti də cavabsız qalmayıb.
Millət vəkili Fuad Muradov bildirib ki, Ermənistan nümayəndə heyəti Avronest PA-nın ilk iclasında olduğu kimi, ikinci sessiyasını da pozmaq cəhdləri davam edir. Biz bütün məsələlrin sivil, isiyasi məcrada həllinə çalışırıq. Hesab edirəm ki, hər bir ölkə nümayəndəsinin öz öz üzünü göstərmək imkanı var idi. Bakı iclası zamanı heç bir yeni söz deyilməyib: "Biz Strasburda da, Brusseldə də, Vaşinqtonda da qaldırdığımız məsələlərin üstündə dururuq və bu, bizim beynəlxalq sənədlərlə təsdiqlənən haqlı mövqeyimizdir. Xahiş edirəm ki, Avronest PA-nın nümayəndələri Ermənistan nümayəndə heyətinin sessiyasının işini pozmasına imkan verməsinlər".
Azərbaycanlı millət vəkili Məlahət İbrahimqızı isə Ermənistan nümayəndə heyətinin emosional çıxışlarının səbəbini başa düşmədiyini dyeib. O bildirib ki, beynəlxalq dəyərlər, qanunun aliliyi hər kəs üçün mütləq olmalıdır: "Biz BMT-nin və digər sənədlərə istinad edərək danımışıq. Əgər onların etirazları varsa, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərinə etiraz etsinlər. Qanunun aliliyindən danışırıqsa, beynəlxalq hüququn da aliliyindən danışmalıyıq. Burada heç kəs emosiyalara qapılmamalıdır. Biz BMT, Avropa İttifaqı, ATƏT kimi nüfuzlu qurumların qəbul etdiyi sənədlərə istinad edirik. Onlar bu sənədlərə öz etirazlarını bildirsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB