Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Paytaxtda havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti təşkil edəcək. Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi bildirilir.
Rayonlarda da sabah havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılıb. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyinin fonunda bölgələrdə havanın temperaturu gecə 5-10, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB